17 C
Baku
Wednesday, May 21, 2025

“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var

“Arkoz Qazax Sement Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Arkoz Qazax Sement Zavodu” MMC-nin vergi borcu 4 546 956.54  manatdır. Bu vergi borcu 20 may 2025-ci il tarixinə qədər olan məlumatdır.

Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.

Son xəbərlər
Digər xəbərlər