16 C
Baku
Friday, May 3, 2024

ARNDF-in məzənnə dəyişməsindən gəliri ilk rübdə $89 mln. olub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin ilk rübü üzrə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 151.7 milyon manat təşkil edib.

Banker.az bunu Fondun açıqlamasına istinadən xəbər verir.

Bu da hazırkı məzənnə ilə 89.23 ABŞ dolları təşkil edir.

Fond bildirir ki, 2024-cü ilin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur.

Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər