13 C
Baku
Tuesday, May 14, 2024

Kartmane ilə bonuslarınızı danışıq dəqiqələri və internet paketinə dəyişə biləcəksiniz

®Rabitəbankdan Kartmane istifadəçilərinə xoş xəbər!

 Artıq danışıq dəqiqələri və internet paketi üçün əlavə xərclərinizi unudun.

Kartmane sahibləri üçün yeni, 4-cü keşbek növü istifadəyə verildi.

 Kartmane və Azercell-in birgə keşbek sisteminə keçid etməklə siz bütün ödənişlərdən qazandığınız bonusları Azercell-dən danışıq dəqiqələri və ya internet paketinə dəyişə bilərsiniz. Belə ki, minimum dövriyyə tələbi olmadan YDM və Sığorta ödənişlərdən 1AZN=0,5 BAL, digər əməliyyatlardan isə 1AZN=1BAL qaytarılır. Ay ərzində qazanılacaq keşbek ballarınım maksimum limiti 5000 baldır. 

Azercell danışıq dəqiqələri və Azercell İnternet paketi aşağıdakı cədvəl üzrə hesablanır və 30 gün müddətinə yalnız ölkədaxili istifadə edilə bilər: 

AZN BAL Dəqiqə
50 50 25
100 100 50
250 250 125
500 500 250
 

 

AZN BAL İnternet Paketi
100 100 1 GB
300 300 3 GB
600 600 7 GB

 

Üstəlik bu keşbek sistemində qazanılan ballarla dəyişdirilmiş dəqiqə və internet paketini istənilən Azercell nömrəsinə köçürmək mümkündür. Bu keşbek növündən faydalanmaq üçün yeni kart almağa ehtiyac yoxdur! Sadəcə Rabita Mobile tətbiqində “Bonus Info” bölməsinə daxil olaraq rahatlıqla keşbek növünü dəyişə bilərsiniz. İlk dəyişmə haqqı ödənişsiz, ikinci və sonrakı dəfələr üçün isə 4.99 AZN xidmət haqqı tutulur.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər