Şotlandiyanın milli muzeyi bütün online oyun həvəskarlarını mürəkkəb rəsmlərlə bəzədilmiş qədimi daş plitənin bərpa edilməsinə kömək üçün dəvət etmişlər. Mədəni irs nümunəsinin bərpa edilməsi zamanı xüsusi kompüter proqramından istifadə edilir. “Hilton of Cadboll Stone” adı ilə məşhur olan bu proqram üç minə yaxın daş parçasını modelləşdirir. Muzeyin əməkdaşları belə güman edirlər ki, bu tarixi “puzzle” ən yaxşı online oyun aludəçiləri həll edə bilərlər. Çünki onlar virtual obyektləri idarə etməyə adət etmişlər və onların fəza təfəkkürü daha yaxşı inkişaf etmişdir.
Daş plitə İster-Ross yaxınlığında aşkar edilmişdi. Radiokarbon analiz sayəsində daş plitənin 1200 il əvvəl piktlər tərəfindən hazırlandığını sübut edir. Piktlər Şotlandiyada elmə məlum olan ən qədim xalqlardandır. “Hilton of Cadboll Stone” ölkədə üzərində İsa peyğəmbərin təsviri olan ən qədim tapıntıdır. Böyük ehtimalla daş plitə piktlərin xristian dininə olan münasibətini əks etdirirdi. Keçən əsrlərdə daş plitə vandalların diqqət mərkəzində olmuşdur, belə ki, plitə tapıldığı zaman onun bir hissəsi məhv edilmişdi. Plitənin əsas hissəsindən başqa, arxeoloqlar 3 minə yaxın kiçik parçalar da tapmışlar ki, bütün bu parçaları vahid bir nümunədə toplamaq lazımdır.
“Relicarte” şirkəti xüsusi olaraq proqram təminatı hazırlamış və skan edilmiş daş plitələrin əsasında parşaların 3D modelini yaratmışdır. Marağında olan istənilən şəxs muzeyin saytına daxil olaraq daş plitənin bərpa edilməsi prosesində iştirak edə bilər.
Layihənin sponsoru qismində çıxış edən “Glenmorangie” şirkətinin nümayəndələri bildirmişlər: “Bu qədimi mədəni irs nümunəsini tamamlamaq üçün çox saylı könüllü şəxsin iştirakı lazımdır. Əgər biz plitəni tamamlaya bilsək, qiymətli mədəni və tarixi tapıntıların texnikanın köməkliyi ilə bərpa edilməsində mühüm bir addım olacaq”.