“ASAN Audit”in yaradılması təklif edilir

  • 57
  • 9
  •  
  • 3

“”ASAN Xidmət”ə təklif edirəm ki, “”ASAN Audit”” mərkəzləri yaratsınlar. Bu xidmətin bir çox üstünlüklərini aşağıda qeyd edirəm. “”ASAN Audit”” iqtisadiyyatın bütün sahələrin yoxlanmasını həyata keçirsə, daha yaxşı olar.”

Banker.az xəbər verir ki, bu iqtisadçı-ekspert Rauf Qarayev tərəfindən təklif edilib.

Ekspert buna səbəb kimi, indiki halda müstəqil şirkətlərə peşakar xidmətin vacibliyi daha önəmli olmasıdır və bu dövlət qurumu vasitəsi ilə həyata keçirilsə, daha inamlı olar: “Vətəndaşlarımız daha çox dövlətə inanır. Bura peşakar mütəxəssisləri cəlb etmək olar. Regionlarda da, bu sahənin peşakarları var. Sadəcə elan vermək lazımdır. Düzdür əsas mütəxəssilər Bakıda daha çoxdur. Bu da, paytaxta daha çox müəssisələrin fəaliyyəti ilə bağlıdır.”

Bəs bunun üstünlüyü varmı?

“Üstünlüklər ondan ibarətdir ki, şirkət özünün işinin tam düzgün formada idarə olunması üçün “ASAN Xidmət”lə müqavilə bağlayıb, təminatlı şəkildə öz biznesinin hüququ cəhətdən aparılmasına əmin olacaq. Səbəb odur ki, bu təminatlı şəkildə olacaq və  “ASAN Xidmət”də bununla bağlı məsuliyyət daşıyacaq.

Bundan əlavə sahibkar artıq peşakar mütəxəssisləri qırağda axtarmayacaq. Bunun üçün “ASAN Xidmət”də mövcud olan xidmətdən istifadə edib, yararlanacaq. Bu iş dövlət orqanlar üçün da rahatdır. Misal üçün, artıq Vergilər Nazirliyi əmin olacaq ki, A şirkəti “ASAN Xidmət” yoxlayıb. Burada hər hansı qüsur ola bilməz.

Bundan əlavə bu xidmətdən, dövlət qurumları da, istifadə edə bilər. İstənilən şəxs “”ASAN Audit”” xidmətindən istifadə edib, öz işini rahat şəkildə görə bilər”, – deyə R.Qarayev deyir.

Ekspert bildirib ki, prosesin aparılmasını “ASAN Xidmət”in müraciət edə bilər.


  • 57
  • 9
  •  
  • 3