10 C
Baku
Friday, December 13, 2024

“ASAN Finans” bütün maliyyə sektorunu əhatə edəcək

“ASAN Finans” sistemi bu günə qədər 14 maliyyə təşkilatı ilə müqavilə bağlayıb.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, bu məsələdə heç bir məhdudiyyət yoxdur və tədricən bütün maliyyə təşkilatları ilə müqavilə bağlanılacaq. Direktor maliyyə qurumları bu istiqamətdə addım atmağa da çağırıb: “Ümid edirik ki, bundan sonra bizimlə müqavilə bağlayacaq təşkilatların sayı artacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər