ASAN İnnovativ İnkişaf Mərkəzində yeni təyinat olub.
Banker.az xəbər verir ki, Aysel Cəbrayılova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”ndə ASAN İnnovativ İnkişaf Mərkəzinə yeni direktor təyin olunub.
Aysel Cəbrayılova Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya fakultəsində təhsil almış, İstanbul Teknik Universitetində Rəqəmsal Marketinq və Sosial Media mövzusunda uzmanlıq proqramında təhsilini davam etdirmişdir. Chartered Institute of Marketing üzvü, Beynəlxalq Kouç Federasiyası (ICF) tərəfindən akreditə olunmuş kouçdur.
“Rəqəmsal dünyada qazandıran yol xəritəsi” kitabının müəllifi, UNEC SABAH Magistraturası çərçivəsində “Elektron Kommersiya” ixtisaslaşması üzrə yazılmış “Rəqəmsal Marketinq və Sosial Media” kitabının həmmüəllifidir.