12 C
Baku
Monday, November 25, 2024

“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbuluna start verilir

Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna start veriləcək.

Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.

Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilər.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11017 nəfər qeydiyyatdan keçib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə  keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər