6 C
Baku
Monday, December 16, 2024

ASAN sədri: “YAŞAT”a müraciət edən hər bir şəxsin evinə gedəcəyik”

Yeni yaradılan “YAŞAT” Fonduna müraciət edən şəhid və yaralıların ailələrinə dəstək göstəriləcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun yaradılması ilə bağlı keçirilən məlumat konfransında bildirib.

Onun sözlərinə görə, müraciət daxil olan zaman həmin şəxslərin evinə baş çəkiləcək:

“Əgər bir ay ərzində vətəndaşın ehtiyacını qarşılaya bilmiriksə, həmin ailə haqqında məlumat yerləşdiriləcək və vətəndaşlar onlara yardım edə bilərlər”.

Ü.Mehdiyev qeyd edib ki, hər bir ianə edən şəxsin platformada xüsusi kabineti olacaq və o, ödədiyi vəsaitin xərcləndirməsinə nəzarət edə biləcək.

Son xəbərlər
Digər xəbərlər