6 C
Baku
Sunday, December 15, 2024

Asan Sertifikat Xidmətləri Mərkəzinə cavab

“ASAN XİDMƏT MƏRKƏZLƏRİNİN” KOBUD RƏFTARI  yazımdan sonra mənə belə bir məktub gəldi. Mütəxəssisimizlə bu barədə ətraflı danışıdıq. Heç də sizin bəyan etdiyiniz kimi bir hal olmayıb. O sadəcə AsanDoc da çıxan açıq aşkar mesajı sizə teefonda təkrar deyib. Orda normal Azərbaycan dilində qeyd olunub ki, vaxt göstəricisini yoxlayın. Burada bir ekspertin anlamayacağı çətin bir şey yoxdur fikrimizcə. Deyək ki, Problem vaxtın düzgün olmamasında deyildi. Bəs necə həll etdiniz o problemi? Əgər dediklərimizin əksini iddia edəcək sübutlarınız varsa əlinizdə onu bizimlə paylaşın lazımi tədbirləri görək və ya sizin də qeyd etdiyiniz kimi məhkəmə instansiyalarına baş vura bilərsiniz. Hörmətlə, Asan İmza team.

1. Məsələ ilə bağlı qeyd edim ki, kobud rəftar telefonun diktafonuna yazılmayıb ki, mən bunu sübut edim. Amma orqan tərəfindən mütəxəssislərin kobud cavabını 1 dəfə görmüşəm.

2. Digər məsələ həlli necə etdim. Problem vaxtda olduğunu ekranda çıxan mesajdan məndə bilirəm ki, ordadır amma burda bir məsələ var. Real vaxt rejimi. Təsəvvür edin maliyyə sənədini imzalayıb banka verməlisiniz. İşin sonuna bir saat (saat 17:00) qalıb. Amma imzalamaq üçün proqram avtomatik deyir kömpüterinizdə saat düzəldin. Amma sizin saat real ölkə üzrə vaxtı əks etdirir. Yəni vaxtı düzəltmək üçün ya bir saat arxaya və yaəvvələ çəkmək lazımdır. Dünən buna da baxdım. Bir saat əvvələ yəni +5 regional saat qurşağı ilə Aşxabad, Daşkənd vaxt rejimini keçəndən sonra artıq məsələ həll olundu. Misala qaydaq, siz də sənədi imzalayanda kompüterin saatını bir saat irəli çəkirsiz, nəticədə 18:00-la sənəd imzalanır. Bu halda iş vaxtı bitmiş olur. Sənədi banka göndərəndə sizə irad tutulur ki, sənəd düzgün deyil. Yəni vaxtda problem var. Belə hallarda maliyyə dələduzluqlarıda etmək mümkündür. Ola bilər ASAN Sertiikat Mərkəzi üçün bu vaxt məsələsi elə də əhəmiyyətli deyil, amma maliyyə sənədləri üçün bu vacib şərtdir.

İqtisadçı-ekspert Rauf Qarayev. 

Son xəbərlər
Digər xəbərlər