Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir sıra “ASAN xidmət” mərkəzlərində cari təmir işlərinin satın alınması ilə bağlı tender elan edib.
Banker.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 28 min manat təşkil edir.
Tender çərçivəsində Dövlət Agentliyinin bir sıra “ASAN xidmət” mərkəzlərində cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.







