“Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmək üçün öncə onlayn növbə götürsünlər. Daha sonra isə SMS icazə alsınlar. Bu, vətəndaşın vaxtını idarə etməsini asanlaşdıracaq. Çünki “ASAN” mərkəzlərinə müraciət limitli olacaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.
O qeyd edib ki, gün ərzində bir mərkəz 1000 nəfərə xidmət edəcək:
“1001-ci adam artıq sabahkı günə onlayn icazə almalı olacaq”.
Ü.Mehdiyev qeyd edib ki, aprelin 27-dən “ASAN xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.