Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Banker.az-ın məlumatına görə, fərmana əsasən Dövlət Agentliyinin 5 xidməti həyata keçirmək sahəsində səlahiyyətləri ləğv olunub.
Həmin xidmətlər aşağıdakılardır:
– ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;
– idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;
– bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;
– daxili karantin sertifikatının verilməsi;
– pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi.