9 C
Baku
Friday, December 13, 2024

ASB Bank-a əmanət yerləşdirənlərin həcmi niyə azalır? – HESABAT

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) gəlirləri və aktivlərindəki azalmalar qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Sənaye Bankının 2018-ci ilin yanvar-mart aylarının yekunlarına dair rüblük hesabatında deyilir.

ASB Bank ötən ildən fərqli olaraq bu ilin ilk rübü ərzində 6 mln. 131 min manat faiz gəlirləri, 1 milyon 960 min manat qeyr-faiz gəliri əldə etməklə ümümilikdə 8 milyon 90 min manatdan çox cəmi gəlir əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% daha az gəlir əldə etməsi deməkdir. Bankın ümümi xərcləri 6 milyon 26 min manat cəmi xərclərlərlə qarşılaşıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4% azalması deməkdir. Bank xərclərinin azalması ilin ilk rübünü ərzində  1 milyon 689 min manat xalis mənfəətlə başa vurmasına kömək edib.

ASB Bank-ın cəmi aktivləri ilin ilk rübü ərzində daha 4 mln. manatdan çox kiçilərək 904 milyon 996 min manata qədər azalıb. Aktivlərindəki əsas azalma səbəbi müştərilərə verilən kreditlərin 10%-ə yaxın kiçilərək 270 mln. manata düşməsi olub.

Depozit faizlərinin azaldılması portfelə təsir etdi

Azalma bankın öhdəliklərində də 4% qeydə alınmaqla 813 mln. 283 min manata düşüb. Bankın depozit portfeli yanvar-mart ayı ərzində 4 mln. 236 min manat kiçilərək 586 mln 288 min manata düşüb. Bank ilin ikinci ayından başlayaraq aprelin ortalarına qədər depozitin həm yerli valyutada həm də xarici vaıyutalarda faizini iki dəfə endirib. Görünür bu azalma müştərilərin Bankdan üz döndərməsinə səbəb olub. Məsələm, ilin əvvəlində bu bank manatda 12%(illik ödəniş) depozit qəbul edirdisə tədricən azaldaraq indilərdə artıq 6%-ə enib.  Depozitlərin xarici valyutalarda ödəniş faizi 1% belə deyil. (ƏTRAFLI)

Lakin, bir faktı qeydə almaq lazımdır ki, bank ötən il ərzində depozitlərlə bağlı daha çox xərc çəkib. Məsləm, 2016-cı ildə depozitlər üzrə faiz ödənişləri 6 mln 244 min manat olduğu halda 2017-ci ilin sonunda artaraq 8 mln 918 min manata qədər olub.

Cəmi kapitalı 91 mln 713 min manat cəmi kapitalıdır ki, bunun 60 mln manatı nizamnamə kapitalı, 23 mln manatı bölüşdürülməmiş mənfəət və 8,7 mln manatı ümümi ehtiyyatlar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər