“Azərbaycan Sənaye Bankı” ASC manatda olan əmanətlərin faizini bu il ikinci dəfə endirib.
Banker.az monitorinq qrupunun araşdırmasına görə, manatla olan əmanət məhsulunun 3 ayı üçün 2%, 6 ay üçün 3%, 12 ay üçün isə 4% azaldıb. Beləliklə, bank manatla depozitləri 3 ay üçün 1%, 6 ay üçün 2% və 12 ay üçün isə 10% aylıq ödəniş tətbiq edib.
Qeyd edək ki, “ASB Bank” bu ilin fevral ayının ortalarında da manatla olan depozitlərin faizini azaltmalı olmuşdu. Məsələm, 12 ay üçün aylıq ödəniş 2 ay ıncə bankda 12 faiz təşkil edirdisə bugün, aprel ayının 12-dən başlayaraq 6% təşkil edəcək.
Bank hazırda ABŞ dolları ilə depozit qəbulunu yalnız 12 ay üçün ödəniş faizi tətbiq edir ki, bu da heç 1%-ə belə çatmır. Belə ki, hazırda dollarla qəbul 12 ay üçün 0,8%-dir.
Bank hətta avro və İngilis funtu üçün də 12 aylıq ödəniş faizini 0,3% həddində müəyyən edir.
Göründüyü kimi, “ASB Bank” artıq əmanətlərin qəbulu ilə bağlı əməliyyatlarda marağı kəskin azalır. Nağd kredit məhsullarına isə əksinə 36 ay üçün 24% təklif edir.