1 C
Baku
Saturday, December 14, 2024

“ASB Bank” biznes kreditini dollar ilə daha cəlbedici etmək istəyir

“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) avqust ayından başlayaraq bazarda təklif etdiyi iki kredit məhsulunun illik faiz dərəcələrini dəyişib.

Bu barədə məlumat Banker.az saytına məxsus monitorinq qrupu məlumat yayıb.

Belə ki, Biznes Kreditləri üçün ASB Bank-ın təklif etdiyi  faiz dərəcəsi 24%-dən manatla 16-22%, ABŞ dolları ilə isə 10-12%-ə salıb. Bildirək ki, bu kredit məhsulunun minumum verilmə məbləği 2 000 AZN və ya USD məbləğində, müddəti isə 36 aya (3 il) qədərdir. Göründüyü kimi dollar ilə bir çox banklar kimi bu məhsulu daha cəlbedici etməyə çalışır. Bu məhsulu əldə etmək istəyən biznesmen minimum 6 ay bizneslə məşğul olmalıdır. Əlavə olaraq girov kimi bank daşınar və daşınmaz əmlakın girovu, qiymətli kağızlar, müddətli /və ya müddətsizdepozit və “bank qarantiyaları” tələb edir.

Digər məhsul olan Nağd Pul krediti məhsulunda isə ASB Bank yeni faiz dərəcəsi kimi 19-24% ilə müəyyən edib. Qeyd edək ki, bu kredit məhsulu yalnız yerli valyuta- manatda verilir.

Son xəbərlər
Digər xəbərlər