8 C
Baku
Tuesday, March 19, 2024

ASB Bank-ın maliyyə durumu: Müştərilər bankdan, Bank isə qurumlardan depozitlərini geri çəkib

“Azersun Holdinq”ə yaxın bank olan “Azərbaycan Sənaye Bankı ASC (ASB Bank) aktivlərini son 3 ay ərzində 1,3% artıraraq ilin ilk yarısında 916,16 mln. manat etməsinə rəğmən ötən ilki ilk yarımillikdəki  1,02 milyard manat çatdıra bilməyib. 

Banker.az xəbər verir ki, bu barədə bankın 1 iyul 2019-cu il tarixi üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Bankın aktivlərinin cəmi 308,95 mln. manatı müştərilərə verdiyi kreditdir. Digər 491,07 mln. manatı isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərdir.

Yeri gəlmişkən “ASB Bank” il ərzində 185,68 milyon manatı məhz maliyyə insitutlarından geri qaytardığı depozit və kredit borclarıdır. Bu rəqəm 2018-ci ilin ilk yarısında  676,75 mln. manat idi.

Bundan əlavə müştəriləri də “ASB Bank”dan xeyli miqdarda depozitini çəkiblər. Belə ki, bankdan il ərzində 47,42 mln. manatlıq müştəriləri depozitləri geri çəkiblər və bununlada bankın depozit portfeli hazırda cəmi 651,63 mln. manat təşkil edir. Cəmi öhdəliklərinin həcmi 818,92 mln. manata qədərdir.

Bundan əlavə bank 2019-cu ilin yanvar-iyun aylarını 5,15 mln. manatlıq xalis mənfəətlə bitirib və bu səbəbdən bankın bölüşdürülməmiş mənfəəti 30 mln. manata çatıb. Hazırda bankın cəmi kapitalı isə 97,24 mln. manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər