8 C
Baku
Thursday, December 12, 2024

ASB Bankın əsas səhmdarına maya qoyulur

Azərbaycan Sənaye Bankının əsas səhmdarı olan “Anadolu İnvestment Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Anadolu İnvestment Kompani” MMC-nin nizamnamə kapitalı  3 400 000 manat, yaxud 15% artırılmaqla 25 395 364 manat təşkil edib.

“Azersun Holding”ə yaxın olan bu şirkət ASB Bankın əsas səhmdarıdır. Bankın 60 milyon manatlıq səhm kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani”yə məxsusdur.

Şirkətin rəhbəri Abdulbari Gozalın qızı Leyla Kurtdur. Şirkət 2003-cü ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər