10 C
Baku
Wednesday, December 11, 2024

ASB “Maliyyə savadlılığı” aylığı çərçivəsində tədbir keçirmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı çərçivəsində Azərbaycan Sənaye Bankı ASC maarifləndirmə tədbiri keçirmişdir.

25 noyabr 2014-cü il tarixində Bakıxanov qəsəbəsində yerləşən Kaspi liseyində keçirilən tədbirin auditoriya kütləsi litseyin 7ci, 8ci və 9cu sinif şagirdləri olmuşdur. Tədbir zamanı şagirdlərə Beynəlxalq Əmanət Günü ilə bağlı ətraflı məlumat verildi.  Daha sonra şagirdlərin marağına səbəb olan Maliyyə savadlılığı və Əmanətlərin Sığortalanması sistemi çərçivəsində sual-vavab aparıldı. Müzakirələrdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

Xatırlatmaq istərdik ki, 31 oktyabr – Beynəlxalq Əmanət Günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq Konqresdə təsis olunmuşdur. Azərbaycanda isə 31 oktyabr 2012-ci ildən başlayaraq hər il keçirilir.  Bu ildə Azərbaycan Respublikası  Mərkəzi Bankının təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu və Azərbaycan Banklar Assosiyasiyasının təşkilatçılığı və bir sıra kommersiya banklarının və bank olmayan təşkilatların iştirakı ilə 31 oktyabr 2014-cü il tarixində Beynəlxalq Əmanət Gününə və noyabr ayı ərzində davam edəcək Maliyyə Savadlılığı aylığına start verildi. Bu tədbir çərçivəsində həm şəhər həm də regionlardakı bir sıra məktəblərə Maliyyə Savadlılığının aşılanması məqsədi ilə səfərlər davam edəcək.

Tədbirin keçirilməsinin məqsədi, ölkənin bank sektoruna inamın güclənməsinə və əhalinin maliyyə savadlılığının artırılmasıdır. Belə ki, Bank sisteminin gələcək müştəriləri olan şagirdlərin şəxsi maliyyə vəsaitlərinin istifadəsinin düzgün tənzimləmək qabiliyyətinin formalaşdırılmasına və gələcəkdə vəsaitlərinin istifadəsində düzgün qərarlar verə bilmə bacarıqlarının artırılmasına,  nəticədə vətəndaşlarımızın kiçik yaşlarından cəmiyyətmizə faydalı, savadlı və düzgün maliyyə idarəetmə vərdişli
şəxsiyyətlərin yetişdirilməsinə yönəldilmişdir.

1

Son xəbərlər
Digər xəbərlər