-1 C
Baku
Sunday, December 15, 2024

ASCO əməkdaşlarının maaşları 15 % artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.

Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.

Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər