27 C
Baku
Sunday, April 28, 2024

ASCO bu il tankerləri ilə 2 milyon tondan çox yük daşıyıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tankerləri ilə 2.3 milyon ton yük daşıyıb.

Bu barədə qurumdan bildirilib.

Bundan başqa, məlumata görə, hesabat dövründə “Bərə” və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 30 416 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 26 715 ədəd olub.

9 ay ərzində ASCO-nun universal quru yük gəmiləri isə 807 min ton yük nəql edib.

445ca5bf 3aff 3652 aa32 e508acaa893b

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər