13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Banker.az bunu BFB-yə istinad edir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 18 dekabr 2023-cü il tarixində başlayacaqdır və 18 fevral 2024-cü ilədək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002019340 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz adlı |
İstiqrazların sayı | 50000 (ədəd) |
Nominal Dəyəri | 1000 ABŞ dolları |
İllik faiz dərəcəsi | 6% |
Tədavül müddəti | 5 il |
Kupon faizlərinin ödəniş müddəti | İldə iki dəfə (6 aydan bir olmaqla) |