14 C
Baku
Saturday, May 4, 2024

ASCO gəmiləri ilə daşınan yükün həcmi açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2024-cü ilin birinci rübündə daşınan yükün həcmi məlum olub.

ASCO-nun məlumatına əsasən, yanvar-mart aylarında QSC-yə məxsus tankerlərlə ümumilikdə 960 min 796 ton xam neft və neft məhsulu çatdırılıb.

Bu dövrdə bərə gəmiləri ilə 8847 ədəd vaqon daşınıb. Həmçinin 8535 ədədi TIR, 615 ədədi minik maşını olmaqla, gəmi-bərələrlə 9150 ədəd avtonəqliyyat vasitəsi aparılıb.

Bundan başqa, ötən üç ayda bərələrlə 6172 sərnişin daşınıb.

Hesabat dövründə universal quru yük gəmiləri ilə daşınmaların payı isə 154 min 988 ton olub.

dc9a9180 9425 319c 81da 14f9baf0af65

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər