6 C
Baku
Saturday, December 14, 2024

ASCO-nun gəlirləri azalıb, xərcləri artıb

Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən dövlət şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəlirləri azalıb, xərcləri isə böyük fərqlə artıb. Bu da onun mənfəətinə böyük fərqlə təsir edib.

Banker.az audit hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri illik müqayisədə 8 faiz azalaraq 524.19 mln. manata düşüb. Satışın maya dəyəri isə əksinə, azalan gəlirlərə qarşı 1.5 faiz artaraq 375.11 mln. manata yüksəlib. Bu da onun ümumi mənfəətinin 200 mln. manatdan 149 mln. manata düşməsinə gətirib çıxarıb.

2022-ci il üzrə 64.44 mln. manatlıq xalis mənfəət 2023-cü ildə 43.68 mln. manata düşüb.

ASCO-nun xalis mənfəəti ardından balansındakı bölüşdürülməmiş mənfəət 635.28 mln. manat olub.

Azərbaycanda ASCO yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətidir. O, dövlət sektorunda fəaliyyətdə olan büdcəyə dividend ayıran azsaylı şirkətlərdəndir.

Capture 1

Son xəbərlər
Digər xəbərlər