Bu il Asiya Fond Birjalarında ucuz kapital toplamaq istəyən şirkətlər tərəfindən 322 mlrd dollar dəyərində istiqraz satılıb.
Bununla da dollarla istiqraz satışları illik rekordunu yeniləyib.
Məlumata görə, Asiya bazarlarında dollarla istiqraz satışları gəlirliliyinə görə 5 illik maksimumu yeniləyib.
Xatırladaq ki, Çində və digər Asiya ölkələrindəki defoltlar investorların region iqtisadiyyatına ehtiyyatlı yanaşmasına səbəb olub.
©Report