19 C
Baku
Sunday, May 19, 2024

Asiya İnkişaf Bankı Asiya-Sakit okean regionu üzrə inkişaf proqnozunu azaldıb

Asiya İnkişaf Bankı (AİB) Çin iqtisadiyyatının zəifləməsini və qlobal inflyasiyanı nəzərə alaraq, 2022-ci ildə Asiya-Sakit okean regionu üzrə iqtisadi inkişaf proqnozunu azaldıb.

AİB cari ildə regional iqtisadiyyatın cəmi 4.3 faiz artacağını proqnozlaşdırdığını bildirib. Bu, apreldə müəyyən edilmiş proqnozdan 0.9 faiz azdır.

Qeyd edilir ki, bu proqnoz Yaponiya, Avstraliya və digər inkişaf etmiş ölkələrə şamil edilməyib.

Bankdan bildiriblər ki, dünyada inflyasiyanın gözlənildiyindən çox olduğu bir vaxtda Çinin “sıfır COVID” siyasəti ölkə iqtisadiyyatına zərər vurur. Bunun nəzərə alaraq AİB Çin üçün inkişaf proqnozunu 1.7 bənd azaldaraq 3.3 faiz həddinə salıb.

Hindistan üçün proqnozun da 0.5 bənd aşağı salındığı və 7 faiz həddində olacağı bildirilir. Proqnoza əsasən, Sinqapurda da inkişaf aprellə müqayisədə 0.6 bənd azalaraq 3.7 faiz təşkil edəcək.

Həmçinin ciddi iqtisadi böhranla qarşılaşacaq Şri-Lankada iqtisadiyyatın 8.8 faiz azalacağı proqnozlaşdırılır.

AİB-in inflyasiya risklərini və artan borcların gətirdiyi zərəri nəzərə alaraq, gələn il üçün də regional inkişaf proqnozunu aşağı saldığı bildirilir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər