6 C
Baku
Sunday, December 15, 2024

Asiya İnkişaf Bankı Azərbaycan bankında payını artırıb

“Access Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib.

Bu barədə bankdan bildirilib. Məlumata görə, Asiya İnkişaf Bankının payı 19.90%-dan 20.33%-ə, Avropa İnvestisiya Bankının payı 17.39%-dən 17.76%-ə kimi, Niderlandın inkişaf bankının (FMO) payı 9.41%-dən 9.62%-ə, Avstriya İnkişaf Bankının payı 9.17%-dən 9.36%-ə, EFSE-nin payı 2.78%-dən 2.93%-ə, GGF -nin payı 1.77%-dən 1.87%-ə kimi artıb.

Beynəlxalq Maliyyə Korporasiyası bankdakı payı 16.56%-dən 15.86%-ə kimi, responsAbility tərəfindən idarə edilən investisiya fondları “responsAbility Management Company S.A.”-in payı – 7.11%-dən 6.81%-ə kimi, responsAbility SICAV-da (Lux, responsAbility A) – 5.18%-dən 1.97%-ə, SIFEM AG – 8.89%-dən 8.51%-ə, Qara Dəniz Ticarət və İnkişaf Bankının payı isə 0.58%-dən 0.56%-ə enib. Əvəzində ResponsAbility SICAV ( Lux,’responsAbility C’) bankdan 3.11%, ResponsAbility SICAV ( Lux, ‘responsAbility D’) isə bankdan 0.09% pay alıb.

LFS Advisory GmbH-nin “Accessbank”da payı isə dəyişməyərək 0.13% təşkil edib.

Qeyd edək ki, səhmdarların bankda pay bölgüsü “Accessbank”ın kapital artımı ilə bağlı olub. Belə ki, bank ötən həftə nominal dəyəri 1 AZN olan 11 388 889 manat imtiyazlı səhm buraxıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər