Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə (CCA) üzrə iqtisadi artım proqnozlarını azaldıb.
Bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı hesabatında bildirilib.
Bank qeyd edib ki, Azərbaycanda neft hasilatının gözləniləndən çox azaldığını nəzərə alaraq ADB 2023-cü ildə CCA-in iqtisadi artım proqozunu 4.4%-dən 4.3%-ə, 2024-cü ildə isə 4.6%-dən 4.4%-ə qədər endirib.
ADB həmçinin, regionun inflyasiya proqnozunu aprel hesabatı ilə müqayisədə 2023-cü il üzrə 10.3%-dən 10.6%-ə, 2024-cü il üzrə isə 7.5%-dən 7.8%-dək artırıb.