5 C
Baku
Saturday, December 14, 2024

Asiya İnkişaf Fondunun büdcəsi $5 milyard artırılır

Donorlar və Asiya İnkişaf Bankı (ADB) Asiya-Sakit Okean regionunda ən həssas əhaliyə dəstək olmaq üçün Asiya İnkişaf Fondunu (ADB-nin iri grant mənbəyi) 5 milyard ABŞ dolları məbləğində artırılması barədə qərar qəbul ediblər.

Bunu ADB-nin prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Bu öhdəlik ADB-nin illik toplantısı çərçivəsində qəbul edilib.

Asiya İnkişaf Fondunun büdcəsi hər 4 ildən bir artırılır və ADF14 fondun yarandığı gündən bəri büdcəyə 13-cü əlavədir.

ADF14, ADF13 çərçivəsində mövcud olan 4.1 milyard ABŞ dollarından təxminən 22% yüksəkdir.

“Qrantlar həmişəkindən daha vacibdir. Çünki ən yoxsul və həssas üzvlərimiz son inkişaf uğursuzluqlarını aradan qaldırmağa və iqlim böhranı ilə mübarizə üçün təcili tədbirlər görməyə çalışırlar”, – o bildirib.

ADF14 proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın və fəlakət riskinin azaldılmasında mühüm rol oynamağa davam edəcəkdir.

2.5 milyard ABŞ dollarından çox vəsait və ya artırılan məbləğin 51%-i yeni ölkələrin (Gürcüstan və Ermənistan) də daxil olmaqla donor ianələri ilə maliyyələşdiriləcəkdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər