12 C
Baku
Friday, March 29, 2024

Asiya maliyyə bazarları çöküb

Nyu-York fond birjasında səhmlərin sürətlə ucuzlaşması Asiya bazarlarına da sirayət edib. Yaponiyanın əsas birja indeksi olan “Nikkey” 5 faiz aşağı düşüb.

Bu, 2017-ci ilin aprel ayından bəri ən kəskin azalma hesab olunur. Şanxay, Banqkok və Tayvan qiymətli kağız bazarlarında da oxşar tendensiya müşahidə olunur. Bu haqda BBC məlumat yayıb.

Maliyyə ekspertləri bu tənəzzülü ABŞ mərkəzi bankının rəhbəri ilə Donald Tramp arasında düşən mübahisə və Amerika hökumətinin qismən fəaliyyətini dayandırması ilə əlaqələndirir.

Nyu-York fond birjasında son 1931-ci ildən bəri ən aşağı “bayramaxşamı” (Milad bayramı – red.) göstəricisi qeydə alınıb. 30 aparıcı şirkətin The Dow Jones indeksi 650 vahid geriləyib.

Avropa və Şimali Amerikada hazırda əksər maliyyə bazarları Milad bayramı ilə əlaqədar bağlıdır.

©oxu.az

Son xəbərlər
Digər xəbərlər