15 C
Baku
Friday, October 24, 2025

Asiyanın ən bahalı şirkəti “Alibaba” oldu

Çinin “Alibaba” internet xidmətləri şirkəti kapitalının həcminə görə Asiyada birinci, dünyada isə yeddincidir.

Dekabrın 20-nə olan məlumata görə şirkətin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60 faiz artaraq 570 milyard dollar təşkil edib.

Kapitalının həcminə görə dünyada birinci olan “Saudi Aramco” dekabrın 11-də səhmlərin satışının nəticələrinə əsasən 1,89 trilyon dollar məbləğində qiymətləndirilir. Sonrakı yerləri “Apple” (1,24 trilyon), “Microsoft” (1,2 trilyon), “Gooqle”nin sahibi “Alphabet” (931 milyard), “Amazon” (886 milyard), “Facebook” (588 milyard) tutur.

©Report

Son xəbərlər
Digər xəbərlər