10 C
Baku
Friday, December 13, 2024

Assosiasiya: Kapital bazarında alət qıtlığı investorların marağının qarşısını alır

Azərbaycanın kapital bazarında investisiya yatırmaq üçün alətlərin qıtlığı potensial investorların bu sektora marağının qarşısını alır.

Bunu “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) ictimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.

“Assosiasiya olaraq xarici şirkətlərin Azərbaycanın kapital bazarına daxil olması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə müzakirələr aparırıq. Hazırda bu məsələyə hər hansısa mənfi münasibət yoxdur. Bu gün əsas məsələ alətlərin qıtlığıdır. Yəni, həmin şirkətlər bazara daxil olduqda hansı alətləri alsınlar? Kapital bazarında alətlərin sayının artırılması investorların marağını da artıracaq”, – deyə o qeyd edib.

“Hazırda “Bakı Fond Birjası” QSC-də (BFB) bununla bağlı bir sıra tədbirlər görülür. Məsələn, digər birjalarda olan kağızların BFB-də listinqə çıxarılması və yaxud əks addımın atılması nəzərdə tutulur. Qanunvericiliyə də baxılır, stimullaşdırıcı, proseslərin asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Xarici şirkətlərin kapital bazarımıza daxil olmasına heç bir maneə yoxdur, burda əsasən alətlər məsələsi ortaya çıxır”, – deyə AFBİA rəsmisi əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər