8 C
Baku
Thursday, December 12, 2024

Assosiasiya: “Taxta bazarı”ndakı əmlakların sığortası olmayıb

Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası araşdırma aparıb.

Banker.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada daşınmaz əmlakın icbari sığortası yox, əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır. Əldə etdiyimiz ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb. 

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır.

Əmlakların yanğından və digər risklərdən sığortası növü  könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvaifq sənədlərinin qaydasında olmasından ibarətdir. Bundan başqa, əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər.

Son xəbərlər
Digər xəbərlər