Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası başlayıb.
Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclasın gündəliyinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə qəbul olunacaq bəyanatın mətnləri də daxil olmaqla, ümumilikdə 15 məsələ daxil edilib.