5 C
Baku
Saturday, December 14, 2024

“Aston Martin” loqosunu dəyişir

“Aston Martin” yeni nəsil avtomobillərdə korporativ loqonu dəyişib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bildirilir ki, emblem əvvəlki dizaynını – “Aston Martin”  sözlərini və qanadları saxlayıb, lakin daha lakonik olub.

Bu, 2003-cü ildən bəri ilk loqo yeniləməsidir və brendin 109 illik tarixində səkkizinci dəyişiklikdir. Yeni emblem üzərində britaniyalı qrafik dizayner Piter Sevill çalışıb.

Yeni loqo bu həftə sonu “Aston Martin F1” yarış avtomobilləri üzərində debüt edəcək.

Son xəbərlər
Digər xəbərlər