“AstraZeneca” nadir xəstəliklərə qarşı dərman istehsal edən “Alexion Pharmaceuticals” şirkətini 39 milyard dollara alacaq.
Banker.az xəbər verir ki, bu barədə “AstraZeneca”nın rəsmi saytındakı press-relizdə deyilir.
Bildirildiyi kimi, bir səhm başına 175 dollar düşəcək. “AstraZeneca” bu müqaviləni qismən nağd, qismən də depozit qəbzləri ilə maliyyələşdirəcək: 60 dollar və 2,1243 qəbz.
Qeyd edək ki, “Alexion” şirkətinin dəyəri cümə günü başa çatan hərraclardan sonra 45% daha yüksək göstərilir. Əczaçılıq şirkətləri tənzimləyicilərin təsdiqini almağı və 2021-ci ilin üçüncü rübündə müqaviləni başa çatdırmağı gözləyirlər.