“Asus” şirkəti Rusiyada satışları faktiki olaraq dayandırıb.
Banker.az xarici KİV-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, şirkətin rəsmi saytında bütün məhsullar “Əldə olması barədə məlumat vermək” tablosu ilə işarələnib.
Bununla belə, “Asus” heç bir rəsmi açıqlama verməyib. Xatırladaq ki, martın ortalarında “Asus” Rusiya bazarını tərk etməklə bağlı məlumatı şərh edərək tədarükü dayandırdığını bildirib.