17 C
Baku
Monday, April 22, 2024

“Atəşgah Həyat” 2022-ci ildə 8.5 mln. manat xalis mənfəət əldə edib

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2022-ci ildə öncəki ildən daha çox – 8.47 milyon manatlıq xalis mənfəət açıqladı. Öncəki ildə 6.43 mln manat xalis mənfəət əldə etmişdi.

Banker.az bu barədə sığorta şirkətinin illik audit hesabatına istinadən xəbər verir.

Həyat sığortası şirkəti hesabat müddətində öncəki illə müqayisədə əsas əməliyyat gəlirlərini 20% artırmaqla 53.65 milyon manata yüksəltdi. Burada, 53.54 mln. manatı birbaşa sığorta haqları yığımından daxil olan vəsaitlər olub. Şirkətin xalis sığorta ehtiyatlarındakı zərər zəmi 6.87 milyon manat təşkil edib ki, bu 2021-ci ildə cəmi 2.31 mln. manat idi. İnvestisiya gəlirləri 3.91 mln. manat (2021: 2.39 mln. manat) olub və cəmi gəlirlər 50.81 mln. manat olmaqla öncəki ili 2.6% üstələmiş olub.

Şirkətin xalis mənfəətinin illik müqayisədə artımına səbəb onun sığorta ödənişləri üzrə xərclərinin azalmasıdır. Cəmi olaraq sığorta şirkəti 2022-ci ildə əsas əməliyyat üzrə 32.9 mln. manat (2021: 35.31 mln. manat) xərc edib. İşlərin aparılması üzrə xərcləri 7.3 mln. manat (6.11 mln. manat) olub. Cəmi xərcləri 40.22 mln. manat olmaqla 2021-ci ildən 3% aşağı olub.

Xalis mənfəətdən sonra onun bölüşdürülməmiş mənfəəti 1 yanvar 2023-cü il tarixinə 8.58 milyon manat olub.

 

23442342423 h1

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər