Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.
Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 milyard 382 milyon manat vəsait ödənilib.
Onu da qeyd edək ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 408,5 milyon manat və ya 10,3 faiz çoxdur.