2 C
Baku
Saturday, December 14, 2024

“Atəşgah Həyat Sığorta” kiçilib, gəlirləri 2 dəfəyə yaxın azalıb

“Atəşgah Həyat Sığorta” ASC 2021-ci ili 6 milyon 432 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə sığorta şirkətinin mənfəəti 4 milyon 986 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 29% artımdır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ AZALIB

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 49 milyon 503 min manat (illik müqayisədə 1.5 dəfə az), xərcləri 41 milyon 464 min manat (39% az), mənfəət vergisi ödəmələri isə 1 milyon 608 min manat (29% çox) təşkil edib.

SIĞORTA ŞİRKƏTİ KİÇİLİB

Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 67milyon 492 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3.2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2.2% azalaraq 49 milyon 161 min manata, balans kapitalı isə 6% azalaraq 18 milyon 332 min manata düşüb.

Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər