Daim əməkdaşlarının inkişafını və karyera yüksəlişini dəstəkləyən və bu yöndə tədbirlər görən “Atəşgah Həyat” Sığorta Şirkəti vəzifə artımı ilə bağlı məlumat paylaşıb.
Belə ki, şirkətin Baş direktor vəzifəsində çalışan Şəfəq Oqtay qızı Həsənova İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən təyin olunmuşdur.
Şəfəq Həsənova 2005-ci ildən etibarən “Atəşgah” Sığorta Şirkətində mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. İş zamanı göstərdiyi peşəkarlığa görə mütəmadiən karyerasında yüksəliş əldə etməklə 24 yanvar 2023-ci il tarixində Baş direktor vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, “Atəşgah Həyat” Sığorta Şirkəti “Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq Bakı şəhəri ilə yanaşı ölkənin 10 regionunda fəaliyyət göstərən ofislərində vətəndaşlara xidmət göstərir.