®Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti ASC 30 illik fəaliyyəti ərzində müştərilərinə həm könüllü,həm də icbari sığorta xidmətləri təqdim etməkdədir.
Şirkət müştəri məmnuniyyətini daim prioritet olaraq qəbul edir və sığorta ödənişlərini vaxtında, şəffaf və obyektiv şəkildə həyata keçirir. Bakı şəhəri, Nardaran qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şirkət peşəkarlığını bir daha göstərərək 80 346 manatlıq KASKO sığorta ödənişini həyata keçirdi.
Bu, şirkətin müştərilərinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Belə ki, hadisə zamanı “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalanmış Mercedes-Benz GLE 450 markalı avtomobil ilə Nissan Altima markalı nəqliyyat vasitəsi toqquşmuşdur. Nəticədə sığortalanmış avtomobilə dəymiş maddi zərər şirkətin Texniki Ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və 5 may 2026-cı il tarixində 80 346 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Bu hadisə bir daha təsdiq edir ki, “Atəşgah” Sığorta Şirkəti yalnız etibarlı sığorta təminatçısı deyil,
eyni zamanda hər bir sığorta hadisəsinə fərdi yanaşan, müştərilərinə operativ həllər təqdim edən
etibarlı tərəfdaşdır. Şirkətin uzun illərə əsaslanan peşəkar fəaliyyəti və müştəriyönümlü
yanaşması onun sığorta bazarında nüfuzlu mövqeyini daha da möhkəmləndirir.






