21 C
Baku
Saturday, September 13, 2025

“Atəşgah” Sığorta Şirkəti ASC-də yeni təyinat

22 avqust 2025-ci il tarixində “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri vəzifəsinə Azər Allahverdi oğlu Əliyev təyin olunub.

Sığorta sahəsində zəngin təcrübəyə malik olan Azər Əliyev “Atəşgah” Sığorta Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, 2008–2010 və 2017–2022-ci illərdə şirkətin İdarə Heyətinin sədri, 2025-ci ilin may ayından isə Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Azər Əliyev 10 yanvar 2023-cü il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilmiş, 13 fevral 2024-cü il tarixindən isə İdarə Heyəti sədrinin müavini vəzifəsini icra etmişdir.

Peşəkar fəaliyyəti ərzində Azər Əliyev üzərinə düşən vəzifələri daim məsuliyyətlə yerinə yetirmiş, “Atəşgah” Sığorta Şirkətinin uğurlarında mühüm pay sahibi olmuşdur. O, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən maarifləndirici layihələrdə fəal iştirak edərək, ölkədə sığorta mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Son xəbərlər
Digər xəbərlər