®Ölkənin ən köklü və etibarlı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti müştərilərinə daha yaxın olmaq və operativliyini təmin etmək məqsədilə regionlarda filiallarını artırmaqda davam edir.
Belə ki, bu gün Naxçıvan şəhərində yeni ofisin vətəndaşların xidmətinə verilməsi münasibətilə “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev və “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin üzvü Yusif İmamverdiyev Naxçıvana səfər ediblər. Ofisin ümumi şəraiti və əməkdaşları ilə ilkin tanışlıq baş tutmuş, şirkətin müştərilər qarşısında tutduğu mövqe haqqında əməkdaşlara təlimat verilmişdir.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin xidmətləri həm filiallarda, həm də “Ateshgah mobile” tətbiqində müştərilər üçün əlçatandır.
IOS: https://apps.apple.com/az/app/ateshgah-mobile/id1577915865
Android: https://play.google.com/store/apps/details?id=com.ateshgah.mobile.android