®Avqust ayının 31-i “Atəşgah” Sığorta Qrupu Korporativ Sosial Məsuliyyət çərçivəsində Qubanın Xınalıq kəndinə səfər edib.
“Bilik günü” ilə əlqədar təşkil olunan tədbir zamanı kəndin aztəminatlı ailələlərinin övladlarına müxtəlif çeşiddə məktəb ləvazimatları, habelə gündəlik tələbat məhsullarından ibarət ərzaq sovqatı paylanıb.
Kənd sakinləri isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə “Atəşgah” Sığorta Qrupun rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şirkət bu cür tədbirləri ənənəvi olaraq növbəti illərdə də həyata keçirməyi planlaşdırır.