“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Banker.az xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsi üzrə mübahisələrdir.
İddiaçı Musazadə Vahid Musa oğludur. Hakim Mehriban Əfəndizadədir.
Məlumat üçün bildirək ki, “Atəşgah” Sığorta Şirkəti avqustda sığorta müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə verilmişdir.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.