17 C
Baku
Friday, April 19, 2024

“Atəşgah Sığorta”nın İdarə Heyəti üzvü vəzifəsindən ayrılıb

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin üzvi vəzifəsindən öz ərizəsi əsasında azad edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, İdarə Heyətinin üzvü Günel Rəhimova Cəfərağa qızı vəzifəsindən öz ərizəsi əsasında azad edilib. O,  “Atəşah” Sığorta Şirkətinin Təftiş Komissyasında  sədri təyin edilib. Günel Rəhimova həmçinin “Atəşgah Həyat” Sığorta şirkətinin Təftiş Komissiyasının üzvüdür.

Bununla da ana şirkət olan “Atəşgah Sığorta”nın idarə heyətinin üvlərinin sayı sədrlə birlikdə üç nəfərə düşüb.

Qeyd edək ki, G.Rəhimova 2 iyul 2021-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında attestasiyasından keçib. O, 2011-ci ildə “Atəşgah” sığorta brendinə təyinat alıb. 2015-ci ildən isə şirkətin Anderraytinq və təkrarsığorta departamentinin rəhbəri təyin edilmişdi. Son illəri isə İdarə Heyətinin üzvi təyin edilmişdi.

Son xəbərlər
Digər xəbərlər