27 C
Baku
Sunday, April 28, 2024

“Atəşgah Sığorta”nın rəhbərliyinə yeni təyinat olub

“Atəşgah Sığorta” ASC-nin rəhbərliyinə yeni təyinat olub.

Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin İdarə Heyətinin (İH) müvəqqəti üzvü Sadıq Mansurov İH-yə üzv seçilib.

Bununla da sığorta şirkətinin idarə heyətinin üzvlərinin sayı 4-ə çatıb.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Mənbəapa.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər