“Atəşgah” Sığorta Şirkətinin strukturunda dəyişiklik olub.
Bu barədə Banker.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, 2023-cü ilin əvvəlindən etibarən sığorta şirkətində baş direktor vəzifələri yaradılıb. Ayla Elman qızı Mustafayeva, Könül Elman qızı İsgəndərova və Elvin Mirismayıl oğlu Əliyev şirkətin baş direktorları seçilib.
Qeyd edək ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Nizamnamə kapitalı 5.009 milyon manat olan sığorta şirkətinin payçıları “ISR Holding” MMC (63%), “Ran-Exim” MMC (27%) və Azərbaycan Dövlət Neft Şirkətidir(10%).