16 C
Baku
Monday, April 29, 2024

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində yeni təyinat

“Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətində yeni təyinat olub, Təftiş Komissiyasına daha bir üzv seçilib.

Banker.az-ın məlumatına görə, Məmmədov Qaya Vaqif oğlu hər iki sığorta şirkətində Təftiş Komissiyasının üzvü təyin edilib.

Bildirək ki, “Atəşgah Sığorta” şirkətində Təftiş Komissiyasının sədri Rəhimova Günel, Təftiş Komissiyasının üzvü Əmircanov Natiqdir. “Atəşgah Həyat Sığorta” şirkətində isə Əmircanov Natiq Təftiş Komissiyasının sədri, Rəhimova Günel Təftiş Komissiyasının üzvüdür.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyəti audit strategiyasını və siyasətini müəyyən edir, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirməkdir.

Qeyd edək ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Nizamnamə kapitalı 5.009 milyon manat olan sığorta şirkətinin payçıları “ISR Holding” MMC (63%), “Ran-Exim” MMC (27%) və Azərbaycan Dövlət Neft Şirkətidir(10%).

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər